Zverevdən tay-brek rekordu

Zverevdən tay-brek rekordu

Dünyanın üçüncü raketkası Aleksandr Zverev 2021-ci ildə tay-brekdə ən çox qələbə qazanan tennisçidir. Onun aktivində 25 belə qalibiyyət var. İlin rekordçusu olan almaniyalı 12 dəfə tay-brekdə uduzub.

ATP-nin açıqladığı siyahıda Aleksey Popırin ikincidir. O, 36 tay-brekdən 23-də qələbə qazanıb.

Üçüncü pillənin üç şəriki var. Con İzner, Yannik Sinner və Reylli Opelka 22 dəfə qalib gəlib. Con 34, Yannik 36, Reylli 39 dəfə tay-brekdə mübarizə aparıb.

ETOPAZ

Əvvəlki yazı

75 milyonluq təklif

Növbəti yazı

Trippyer üçün 20 milyon