Ziyeç Səudiyyə Ərəbistanı yolunda

Ziyeç Səudiyyə Ərəbistanı yolunda

“Qalatasaray”da ayrılıq yaşanmağa yaxındır. Hakim Ziyeç karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

“Əl Şabab” mərakeşli vingeri transfer etmək istəyir. Bu barədə Fransa mətbuatı məlumat yayıb. Ərəblər 31 yaşlı futbolçuya 2,5 illik müqavilə üçün ümumilikdə 37 milyon avro maaş təklif edib.

“Əl Şabab” Ziyeçi 2023-cü ilin yayında da heyətinə qatmaq istəyirdi. Təcrübəli oyunçu tibbi müayinədən keçə bilmədiyi üçün transfer baş tutmamışdı.

ETOPAZ

Əvvəlki yazı

“Araz-Naxçıvan”dan səfər qələbəsi

Növbəti yazı

Qattuzo “Torino”nun hədəfində