Zirvədə 350 həftə

Zirvədə 350 həftə

“Böyük dəbilqə” turnirlərinin 20 qat çempionu Novak Cokoviç dünya reytinqində 350-ci dəfə həftəni 1-ci pillədə başa vurub. Dünyanın birinci raketkası bu göstəricidə mütləq rekordçudur. İkinci sırada olan Rocer Federer ilk pillədə 310 həftə keçirib.

Tennis tarixində yalnız bir idmançı Cokoviçdən daha çox müddəti zirvədə olub. Bu, almaniyalı Şteffi Qrafdır. O, 377 həftə reytinqin birinci pilləsində qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

“Barselona”da maliyyə sıxıntısı

Növbəti yazı

Günün kuponu – 07.12.2021