“Zirə”dən böyükhesablı qələbə

“Zirə”dən böyükhesablı qələbə

“Zirə” Konfrans Liqasında mübarizəyə başlayıb. Rəşad Sadıqovun yetirmələri II təsnifat mərhələsinin ilk oyununa çıxıb.

Bakı klubu Slovakiya təmsilçisi “Dunayska Streda”nı qəbul edib. Matç “Zirə”nin üstünlüyü ilə keçib.

Təmsilçimiz ilk 45 dəqiqədə rəqib qapısına iki qol vurub. Rafael Utziq və Martins Junior fərqlənib.

Sadıqovun komandası ikinci yarıda da hücumlarını davam etdirib. “Zirə” tarixinin bombardiri Davit Volkov üç dəqiqəyə iki qola imza atıb. Beləliklə, bakılılar 4:0 hesablı ev qələbəsi qazanıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 1-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Sumqayıtda üç qol

Növbəti yazı

“Sabah” səfərdən qələbə ilə dönür