“Zirə” yarımfinalda

“Zirə” yarımfinalda

Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulur. Bu gün cavab qarşılaşmalarına start verilib.

“Zirə” “Səbail”i qəbul edib. İlk matçda 2:1 hesablı qələbə qazanan qəsəbə təmsilçisi görüşə üstün başlayıb. Meydan sahibləri erkən qol vurmağı da bacarıb. Abbas İbrahim fərqlənib. Çox keçmədən Rəhim Sadıxov adını tabloya yazdırıb. Matçda son nöqtəni isə Rafael Utziq qoyub – 3:0.

Qeyd edək ki, “Zirə”nin yarımfinalda rəqibi “Qəbələ” – “Araz-Naxçıvan” cütünün qalibi olacaq.

ETOPAZ

Əvvəlki yazı

UEFA-da ayrılıq

Növbəti yazı

Günün kuponu – 09.02.2024