“Zirə” və “Neftçi” qələbə qazandı

“Zirə” və “Neftçi” qələbə qazandı

Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura yekun vurulub. Turun ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Zirə” “Səbail”i qəbul edib. Qarşılıqlı hücumlarla keçən ilk yarıda iki qol vurulub. 32-ci dəqiqədə Hamidu Keyta hesabı açıb. Fransalı 2 dəqiqə sonra dublunu rəsmiləşdirib. Legioner 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. İkinci hissə də eyni templə başlayıb. “Səbail” matçın sonlarında hesab arasındaki fərqi azaldıb. Nikolas Raysel fərqlənib – 1:2.

Günün və turun son qarşılaşması “Bakcell Arena”da baş tutub. “Neftçi” “Sabah”la qarşılaşıb. Matçda hesab erkən açılıb. 5-ci dəqiqədə Azər Əliyevin zərbəsi Bəxtiyar Həsənalızadəyə toxunaraq istiqamətini dəyişib və qapıya daxil olub. İlk hissədə komandalar daha ehtiyatlı oynayıb. İkinci yarıya isə “Sabah” fəal başlayıb. “Neftçi” əks-hücumlara bel bağlayıb. Qonaqlar bir neçə dəfə qol vurmağa yaxın olsa da, bu, mümkün olmayıb.

ETOPAZ

Əvvəlki yazı

Tayron Lyu karyerasında ilk dəfə

Növbəti yazı

Ronaldo 60-a çatdı