Ronaldo 60-a çatdı
İngiltərə Premyer Liqasının 33-cü turunda “Mançester Yunayted” “Norviç”i qəbul edib. Meydan sahibləri Kriştiano Ronaldonun het-triki ilə 3:2 hesablı qələbə qazanıb.
“Qırmızı şeytanlar”ın hücumçusu karyerasında 60-cı het-trikə imza atıb. O, buna 50 dəfə klubda, 10 dəfə isə Portuqaliya millisinin heyətində nail olub.
Bu, aktiv oyunçular arasında ən yaxşı nəticədir. Ronaldonun ardından karyerasında 55 het-trik edən PSJ-nin hücumçusu Lionel Messi gəlir.
Həmçinin, ulduz futbolçu klub səviyyəsində 651 gündən sonra cərimə zərbəsindən qol vurmağı bacarıb. O, buna sonuncu dəfə 2020-ci il iyulun 4-də “Yuventus” – “Torino” matçında nail olub.
Cərimə zərbəsindən vurulan qolların sayında Ronaldo Messiyə çatıb. Bu, portuqliyalının 58-ci belə qoludur.