“Zirə” 2-ci pillədə, “Neftçi”dən ardıcıl 3-cü məğlubiyyət

“Zirə” 2-ci pillədə, “Neftçi”dən ardıcıl 3-cü məğlubiyyət

Azərbycan Premyer Liqasında XI turun iki oyunu keçirilib. Hər iki görüşdə paytaxt klubları üz-üzə gəlib.

Zirədə qəsəbənin eyniadlı komandası “Səbail”i qəbul edib. Mükafatlara iddialı olan Rəşad Sadıqovun yetirmələri bu qarşılaşmada 3:1 hesablı qələbə qazanıb. Premyer Liqanın bombardiri Davit Volkov qol hesabını 9-a çatdırıb. “Zirə”nin digər qollarına Ağabala Ramazanovla Loris Broqno imza atıb. Qonaqların təsəlli qolunu penaltidən Rauf Əliyev vurub. Bu oyundan sonra hesabını 19 xala çatdıran “Zirə” 2-ci pilləyə yüksəlib.

Son çempion “Neftçi” “Sabah”ı qəbul edib. Meydan sahibləri ilk yarıda Ramon Maçadonun qolu ilə hesabı açıblar. Lakin “ağ-qaralar” üstünlüyünü qoruya bilməyib. İkinci hissədə dubla imza atan Coy Lens Mikels “Sabah”a “Neftçi” ilə görüşlərdə ilk qələbəni qazandırıb. Bu, aktivini 11 xala çatdıran Murad Musayevin yetirmələrinin son pillədən qurtulması üçün yetərli olub.

Qeyd edək ki, dünən “Qarabağ” “Keşlə”ni 1:0 hesabı ilə məğlub edib. Tura sabah keçiriləcək “Qəbələ” – “Sumqayıt” matçı ilə yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Lamelo Bolldan tarixi uğur

Növbəti yazı

İlk finalçı