“Zirə”dən növbəti transfer

“Zirə”dən növbəti transfer

“Zirə” yeni futbolçu ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Bakı təmsilçisi Türkiyənin “Kasımpaşa” klubundan Ayron Qomisi transfer edib. Fransalı yarımmüdafiəçiylə 2 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 24 yaşlı futbolçu həmçinin karyerası ərzində ölkəsinin “Amyen”, “Dünkerk” və İtaliyanın “Salernitana” klublarında çıxış edib.

ETOPAZ

Əvvəlki yazı

Suarez millidəki karyerasını bitirdi

Növbəti yazı

“Kəpəz”də yeni müdafiəçi