“Zirə”dən minimalhesablı qələbə
Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub. “Zirə” “Qəbələ”ni qəbul edib.
Gərgin və maraqlı görüş alınıb. İlk hissədə qapılara qol vurulmayıb. Meydan sahibləri ikinci yarıda Salifu Suma ilə hesabı açıb. Çox keçmədən, Rafael Utziq fərqi iki topa çatdırıb. Qonaqların gücü yalnız təsəlli qoluna çatıb. Feras Abu Akal oyunda yekun nəticəni müəyyənləşdirib – 1:2.