“Zirə”dən ev qələbəsi

“Zirə”dən ev qələbəsi

Azərbaycan Premyer Liqasında XXVII turun ikinci günü start götürüb. Günün ilk matçı Bakıda baş tutub.

“Zirə” “Kəpəz”i qəbul edib. Paytaxt təmsilçisi bu görüşdə 2:1 hesablı qələbə qazanıb.

Rəşad Sadıqovun komandasında qolları Salifu Suma və Qismət Alıyev vurublar. Qonaqlardan Martins Junior fərqlənib.

Qeyd edək ki, III dövrənin son turuna sabah yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

“Atletiko”dan Koke qərarı

Növbəti yazı

Mərdəkanda qollu heç-heçə