“Zirə”dən böyükhesablı qələbə

“Zirə”dən böyükhesablı qələbə

Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib. Turun ikinci gününün yeganə matçı Sumqayıtda baş tutub. Şəhərin eyniadlı komandası “Zirə”ni qəbul edib.

Liderlər qrupunda qərarlaşan Bakı klubu səfər görüşündə böyükhesablı qələbə qazanıb – 3:0. Qəsəbə təmsilçisinin qollarına Təmkin Xəlilzadə, Qismət Alıyev və Coşqun Diniyev imza atıb. Bu qələbədən sonra xal hesabını 22-yə çatdıran “Zirə” ikinci pilləyə yüksəlib.

Qeyd edək ki, turun ilk günündə “Neftçi” “Səbail”i 1:0, “Sabah” “Keşlə”ni 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Sabah baş tutacaq turun son matçında “Qəbələ” “Qarabağ”ı qəbul edəcək.

ETOPAZ

Əvvəlki yazı

“Tottenhem”in oyunu təxirə salındı

Növbəti yazı

Messidən üçüncü assist “het-triki”