“Zirə” və “Qəbələ” Konfrans Liqasında
Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilib. Mövsümün sonuncudan əvvəlki turunun bütün matçları eyni vaxtda baş tutub.
Çempion “Qarabağ” səfərdə autsayder “Səbail”i Rauf Hüseynli, Musa Qurbanlı və Ramil Şeydayevin ikinci hissədəki qolları ilə məğlub edib – 3:0.
İlk “üçlük”də qərarlaşan “Zirə” və “Neftçi”nin matçında bir qol vurulub. Ramin Əhmədov qəsəbə təmsilçisinə üç xal qazandıran topa imza atıb.
Şamaxıda da bir qol qeydə alınıb. Eyniadlı komanda “Qəbələ”yə məğlub olub. Yeganə qolu Emil Səfərov vurub.
Günün ən məhsuldar oyununda “Sabah” “Sumqayıt”la üz-üzə gəlib. Qonaqlar say üstünlüyü və iki top fərqilə öndə olsalar da, bakılılar uzatma dəqiqələrində oyunda dönüş yarada bilib. Bu nəticələrdən sonra “Zirə” və “Qəbələ” Konfrans Liqasına vəsiqə qazanıb. “Sabah” isə avrokubok şansını itirib.