Zidan “Nyukasl”ı çalışdırmaqdan imtina etdi

Zidan “Nyukasl”ı çalışdırmaqdan imtina etdi

İngiltərənin “Nyukasl” klubunun yeni sahibləri baş məşqçi postuna Zinəddin Zidanı dəvət edib. İspaniya “Real”ının sabiq çalışdırıcı Premyer Liqa klubunun təklifini dəyərləndirməyib.

Fransalı mütəxəssis ilin sonunadək məşqçilik fəaliyyətini bərpa etmək fikrində deyil. O, hətta mövsüm başa çatana qədər də işsiz qalmağa hazırdır.

Hazırda “Nyukasl”ı Stiv Brüs çalışdırır. Onun tezliklə istefaya göndəriləcəyi gözlənilsə də, mütəxəssis işini hələ də davam etdirir.

ETOPAZ

Əvvəlki yazı

Poqba “Barselona”ya təklif olundu

Növbəti yazı

Xorvatiyalı müdafiəçi “Bavariya”da qaldı