Zidan “Mançester Yunayted”i çalışdırmaqdan imtina etdi
İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçi postuna əsas namizəd sayılan Zinəddin Zidanla danışıqlar aparıb. Lakin Premyer Liqa təmsilçisi fransalı mütəxəssislə razılıq əldə edə bilməyib.
İspaniya “Real”ının sabiq baş məşqçisi “Mançester Yunayted”i çalışdırmaqdan imtina edib. O, İngiltərə klubunun direktorlar şurasına iki əsas gətirib.
Zidan özünün İngiltərə Premyer Liqasında çalışmağa hazır olduğunu hiss etmədiyini deyib. Mütəxəssis həm də yaya qədər heç bir komandaya rəhbərlik etməyəcəyini də bildirib.