“Yuventus”un vinger planı

“Yuventus”un vinger planı

“Yuventus” heyətini gücləndirmək niyyətindədir. Klub qış transfer pəncərəsində cinah oyunçusu almağı planlaşdırır.

Turinlilərin namizədlərindən biri sentyabrda nizam-intizam problemlərinə görə cəzalandırılan “Mançester Yunayted”in yarımmüdafiəçisi Ceydon Sançodur.

Lakin Sanço siyahıda ikincidir. “Qoca sinyora”nın əsas məqsədi “Sassuolo”nun oyunçusu Domeniko Berardidir. “Yuventus” A Seriyasına uyğunlaşdığı üçün ona üstünlük verir.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov 1 pillə irəlilədi

Növbəti yazı

“Barselona”nın futbolçusunun yanaq sümüyündə sınıq