“Yuventus”un Rabyo planı
“Yuventus”un futbolçusu Adrien Rabyo ilə bağlı planı bəlli olub. İtaliya klubu yarımmüdafiəçini heyətində saxlamağa qərar verib.
Turinlilər onunla müqaviləni uzatmağı planlaşdırır. Fransalı bu yay anlaşmasını bir mövsümlük uzatmışdı..
A seriyası təmsilçisi daha 1-2 illik müqavilə təklif edəcək. 28 yaşlı futbolçu 2019-cu ildən “Yuventus”da forma geyinir.