“Yuventus”un Rabyo planı
“Yuventus” Adrien Rabyo ilə bağlı qərarını verib. Klub yarımmüdafiəçini komandada saxlayacaq.
Tərəflər yeni uzunmüddətli müqavilə üzərində işləyir. Transfer pəncərəsi zamanı “Mançester Yunayted” 28 yaşlı futbolçunu heyətinə qatmağa çalışsa da, fransalı bu keçiddən imtina edib.
Rabyo 2019-cu ildən “Yuventus”da çıxış edir. Bu mövsüm yarımmüdafiəçi 7 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.