“Yuventus”un Milenkoviç planı

“Yuventus”un Milenkoviç planı

“Fiorentina”nın daha bir futbolçusu “Yuventus”a keçməyə hazırlaşır. “Qoca sinyora” Federiko Kyeza və Duşan Vlahoviçdən sonra indi də florensiyalıların müdafiəçisinə göz dikib.

Turin təmsilçisi mövsümün sonunda arxa xətti 24 yaşlı Nikola Milenkoviçlə gücləndirmək niyyətindədir. Oyunçunun meneceri ilə artıq ilkin danışıq da aparılıb. Serbiya millisinin üzvünün sərbəst qalma məbləği 15 milyon avrodur. “Yuve” bu pulu ödəməyə razılıq versə, Milenkoviç yayda bu komandanın formasını geyinəcək.

Qeyd edək ki, bu mövsüm 31 oyunda 3 qol vuran Nikola Milenkoviçin “Fiorentina” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.

ETOPAZ

Əvvəlki yazı

Arauxo “Barselona”da qalacaq

Növbəti yazı

Florenzi əməliyyat olundu