“Yuventus”un Azar planı

“Yuventus”un Azar planı

İtaliyanın “Yuventus” klubu Eden Azarı heyətinə qatmağı planlaşdırır. A seriyası təmsilçisi hücum xəttini 30 yaşlı belçikalı ilə gücləndirmək niyyətindədir.

Turin təmsilçisi Azarı sonradan almaq şərti ilə 2 illik icarəyə götürmək fikrindədir. 2019-cu ilin yayında “Çelsi”dən 100 milyon avroya transfer olunan futbolçu Madrid klubunda gözləntiləri tam doğrulda bilmir. O, cari mövsümdə 7 matçda iştirak edib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 07.10.2021

Növbəti yazı

Qavi İspaniya millisinin tarixinə düşdü