“Yuventus”da ciddi itkilər

“Yuventus”da ciddi itkilər

“Yuventus”da ciddi itkilər yaranıb. A seriyasının 26-cı turunda “Torino” ilə matçda “qoca sinyora” 3 oyunçusunu itirib.

Oyunöncəsi isinmə hərəkətləri zamanı müdafiəçi Daniele Ruqani zədələnib. Nəticədə onu start heyətində Luka Pelleqrini əvəzləyib. Lakin matçın gedişində Pelleqrini də zədələnib və fasilədən sonra əvəzlənib. 54-cü dəqiqədə isə hücumçu Paulo Dibala xəsarət aldığı üçün mübarizəni davam etdirə bilməyib.

Onların fevralın 22-də Çempionlar Liqasının 1/8 final mərhələsində “Vilyarreal”la ilk oyuna hazır olub-olmayacağı bəlli deyil.

Qeyd edək ki, “Yuventus”da mərkəz müdafiəçiləri Leonardo Bonuççi və Corcio Kyellini də zədədən əziyyət çəkir.

ETOPAZ

Əvvəlki yazı

138 aydan sonra

Növbəti yazı

Klubda ən çox qol vuranlar