“Yuventus”a dəyən zərər

“Yuventus”a dəyən zərər


İtaliyanın “Yuventus” klubu 2020/21 mövsümünün hesabatını açıqlayıb. Turin təmsilçisi mövsümü 190,7 milyon avro zərərlə başa vurub. Bu rəqəm 2019/20 mövsümü ilə müqayisədə təxminən iki dəfə artıb. “Yuventus”un ziyana düşməsinin əsas səbəbi koronavirus pandemiyasıdır. “Ağ-qaralar”ın Çempionlar Liqası ilə erkən vidalaşması da kluba böyük maliyyə zərbəsi vurub.
“Yuventus” ardıcıl 4-cü mövsümü zərərlə başa vurub.

ETOPAZ

Əvvəlki yazı

Kanadalı gənclər yarımfinalda

Növbəti yazı

Depaydan rekord