“Yuventus” “Milan”ın təklifini rədd etdi
“Milan” hücumçu Moyze Kinin xidmətində maraqlıdır. Klub onun transferi ilə bağlı “Yuventus”la danışıqlar aparır.
“Rossoneri” forvardı tam hüquqlu transfer opsiyası ilə icarəyə götürmək istəyib. Turinlilər ilk təklifi rədd edib. Kin özü isə daha çox oyun şansı qazanmaq üçün “Milan”a keçmək niyyətindədir.