“Yuventus” dünya çempionatında

“Yuventus” dünya çempionatında

Klublararası dünya çempionatının daha bir iştirakçısı dəqiqləşib. “Yuventus” 2025-ci ildə keçiriləcək mundiala vəsiqə qazanıb.

Buna “Napoli”nin Çempionlar Liqası ilə vidalaşması səbəb olub. Neapollular 1/8 finalda “Barselona”ya uduzublar – 1:1, 1:3.

Bununla da “Yuventus” UEFA reytinqinə “Napoli”ni qabaqladığı üçün dünya çempionatında oynamaq imkanı qazanıb. Turin təmsilçisi bu hüquqa sahib çıxan 10-cu Avropa klubudur.

Qeyd edək ki, dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

“Latsio”da yeni təyinat

Növbəti yazı

Murad Musayev “Krasnodar” yolunda