Yuri Matias: “Sərfəli nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”

Yuri Matias: “Sərfəli nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”

“Neftçi” Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında “Beşiktaş”la qarşılaşacaq. Təmsilçimiz həmin görüşə səfərdə çıxacaq.

Oyundan öncə “ağ-qaralar”ın müdafiəçisi Yuri Matias mətbuat konfransında iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:

“Çətin oyun olacaq. “Beşiktaş” güclü komandadır, amma bu cür rəqibə qarşı oynamaq xoşdur. Düşünürəm ki, futbolda hər şey mümkündür və sərfəli nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. İlk oyunda buraxdığımız qollar təkcə müdafiə xəttinin deyil, bütün komandanın səhvi idi. İkinci hissədə heç olmasa hesabı bərabərləşdirmək üçün yaratdığımız çoxsaylı qol epizodlarını da unutmaq olmaz. Təbii ki, buraxdığımız qollar ilk oyunun nəticəsini həll etdi. Səhvlərimizi dərk edirik və sabah səhvsiz oynamağa çalışacağıq”.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 17.08.2023

Növbəti yazı

Adrian Mutu: “Rəqibimiz çox güclü olsa da, sabah bunun öhdəsindən gəlməyə çalışacağıq”