Yosip Stanişiç: “O, nəyi necə etməli olduğumuzu çox gözəl bilir”

Yosip Stanişiç: “O, nəyi necə etməli olduğumuzu çox gözəl bilir”

Sabah Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək. “Qarabağ” “Bayer”in qonağı olacaq.

Matçdan öncə meydan sahiblərinin futbolçusu Yosip Stanişiç mətbuat konfransında iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:

“Bayer”in sabit çıxışının bir səbəbi var. Bunun səbəbkarı baş məşqçimiz Xabi Alonsodur. O, nəyi necə etməli olduğumuzu çox gözəl bilir. Növbəti mövsüm barədə düşünürəm. Ulduzlar necə yazıbsa, elə olacaq. Yalnız cari mövsümü uğurla tamamlamaq barədə fikirləşirəm. Ondan sonra ilk addımım Münhenə qayıtmaq olacaq”.

ETOPAZ

Əvvəlki yazı

Xabi Alonso: “Oynadığımız hər turnirdə mümkün qədər irəli getmək istəyirik”

Növbəti yazı

Andrey Lunyov: “Əlimizə düşən fürsətlərdən istifadə etməyə çalışacağıq”