Yekun turnirinin 5-ci iştirakçısı
Dünyanın 7-ci raketkası Mariya Sakkari Moskvada təşkil olunan “VTB Kreml kuboku”nda 1/4 finala yüksəlib. O, rusiyalı Alina Kalinskayanı mübarizədən kənarlaşdırıb. Sakkari 6:2, 1:0 hesabı ilə öndə olduğu vaxt rəqib oyunu dayandırıb.
Bu qələbə Mariyanı WTA-nın yekun turnirinə vəsiqə təmin etməsi üçün yetərli olub. O, bu yarışda iştirak edəcək ilk Yunanıstan təmsilçisidir.
Sakkari yarışda iştirakı dəqiqləşən 5-ci tennisçidir. Ona qədər Eşli Barti, Arina Sobolenko, Barbora Kreyçikova və Karolina Plişkova da buna nail olub.