Yeddi ildən sonra

Yeddi ildən sonra

“Neftçi” Azərbaycan Premyer Liqasının ilk 5 turunda qələbə qazanmayıb. Bakı klubu 4 oyunda heç-heçə edib və 1 matçda məğlub olub.

Roman Qriqorçukun yetirmələri “Turan Tovuz” və “Şamaxı” ilə qolsuz, “Səbail” və “Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçə edib. “Neftçi” “Sabah”dan iki cavabsız qol buraxıb.

1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan “ağ-qaralar” 32 ildə ikinci dəfə 5 start oyununu qələbəsiz başa vurub. İlk belə hadisə 2017/18 mövsümündə qeydə alınıb.

Yeddi il əvvəl “Neftçi” ilk 5 turda cəmi 1 xal qazanıb: 1 heç-heçə və 4 məğlubiyyət.

Qeyd edək ki, 2017/18 mövsümündəki qələbəsizlik seriyası 6 oyun davam edib və yalnız 7-ci matçda qırılıb.

ETOPAZ

Əvvəlki yazı

Tarixin 7-cisi

Növbəti yazı

Utziqin 100-cü oyunu