Yay liqasının ən yaxşıları – Mitçell və Tomas

Yay liqasının ən yaxşıları – Mitçell və Tomas


NBA Yay Liqasının ən yaxşıları müəyyənləşib. “Sakramento”nun oyunçusu Devion Mitçell və “Bruklin”in üzvü Kem Tomas MVP mükafatının sahibi olublar. Las-Veqas şəhərində keçirilən turnirin qalibi olan sakramentoluların uğurunda əsas pay sahibi Mitçell sayılır. 22 yaşlı basketbolçu orta hesabla 10,8 xal və 5,8 assistə imza atıb. Ondan üç yaş kiçik olan Tomas isə liqanın bombardiri adına yiyələnib. O, orta hesabla 27 xal toplayıb.

ETOPAZ

Əvvəlki yazı

Maykl Cordan Messidən pul qazanır

Növbəti yazı

Robinson rəmzi komandanı açıqladı