Yarımfinalçı “Australian Open”dən kənarda
Daha bir tennisçi “Australian Open”i buraxacaq. Çexiyalı Karolina Muxova “Böyük dəbilqə”nin ilk turnirini buraxacaq.
Bu il keçirilən yarışın yarımfinalçısı 2022-ci ildəki yarışı zədə üzündən buraxmaq məcburiyyətində qalıb. Mövsümü erkən bitirən tennisçinin kortlara qayıdışı təxirə düşüb. Onu “Australian Open”də Misaki Doi əvəz edəcək.
Qeyd edək ki, Melburndakı son yarışın dörd yarımfinalçısından yalnız Naomi Osaka bu dəfə turnirə qatılacaq. Muxovaya qədər Serena Uilyams və Cennifer Bredinin də “Australian Open”dən kənar qalacağı dəqiqləşib.