Yarımfinal cütləri müəyyənləşdi

Yarımfinal cütləri müəyyənləşdi

Qadın tennisçilər arasında ilin yekun turnirində qrup mərhələsi başa çatıb. Yarımfinala sonuncu vəsiqəni Mariya Sakkari qazanıb. Yunanıstanlı tennisçi son turda Arina Sobolenkoya qalib gəlib – 7:6, 6:7, 6:3.

Mariya “WTA Finals”ın yarımfinalında Anett Kontaveytlə görüşəcək. Digər finalçı Paula Badosa və Qarbinye Muqurusanın duelində bəlli olacaq.

ETOPAZ

Əvvəlki yazı

İngiltərə 10 qolla mundialda, İtaliya pley-offda

Növbəti yazı

Keyndən yeni rekord