Yan Oblak 300-ə çatdı
“Atletiko”nun qapıçısı Yan Oblak komandada 300-cü qolunu buraxıb. Bu, La Liqanın 30-cu turunun “Barselona” ilə oyununda (1:0) baş verib.
44-cü dəqiqədə Ferran Torresin vurduğu qol sloveniyalı üçün Madrid klubunda buraxılan 300-cü top olub.
O, komandanın heyətində 392 oyun keçirib.