Yamaldan yeni rekord

Yamaldan yeni rekord

Lamin Yamal daha bir rekorda imza atıb. O, Çempionlar Liqasının tarixinə düşüb.

“Barselona”nın yarımmüdafiəçisi turnirin ən gənc assistent adını qazanıb. Orta xətt oyunçusu “Antverpen”lə (2:3) matçda məhsuldar ötürmə edib. Beləliklə, 16 yaş 153 günlüyündə fərqlənən Yamal Çempionlar Liqası tarixinə ən gənc məhsuldar ötürmə müəllifi kimi düşüb.

Maraqlıdır ki, əvvəlki rekord da məhz “Barselona” futbolçusuna məxsus idi. Boyan Krkiç 2007-ci ildə 17 yaş 91 günlüyündə assist edib.

ETOPAZ

Əvvəlki yazı

“Ştutqart”ın hücumçusu “Borussiya”ya keçmək istəmir

Növbəti yazı

“Liverpul”un Karvalyo planı