Xaviylə rekord
İspaniya millisinin və “Barselona”nın sabiq futbolçusu Xavinin baş məşqçisi olduğu “Əl-Sədd” yeni rekorda imza atıb. Onun komandası Qətər çempionatındakı məğlubiyyətsiz oyunlar seriyasını 34-ə çatdırıb.
Bu, klub tarixinin yeni rekordudur. VII turda “Umm-Salal”a 3:1 hesabı ilə qalib gələn “Əl-Sədd” 34-cü məğlubiyyətsiz matçını keçirib. 2019-cu ildən Xavinin başçılıq etdiyi komandanın növbəti hədəfi liqanın rekordunu qırmaqdır. Bunun üçün komanda daha 7 oyunda uduzmamalıdır.