Xavinin gözü “Çelsi”də

Xavinin gözü “Çelsi”də

“Barselona” qış transfer pəncərəsində hücum xəttini gücləndirmək niyyətindədir. İspaniya nəhənginin baş məşqçisi Xavinin gəlişindən sonra klub “Çelsi”nin üç futbolçusu ilə maraqlanmağa başlayıb.

Bunlar İngiltərə klubunda oyun praktikasının azlığından narazı qalan futbolçulardır. Hakim Zieş, Kallum Hadson-Odoi və Kristian Pulişiç La Liqa təmsilçisinin hədəfindədir.

Barselonalılar bu oyunçulardan birinin keçidini qışda həll etməlidir. Həmin futbolçunun icarə əsasında La Liqa təmsilçisinə qoşulması gözlənilir. Xavi “Çelsi”nin daha bir hücumçusu Timo Vernerin də keçidinin əleyhinə deyil. O, almaniyalı forvardın oyun üslubundan razıdır.

ETOPAZ

Əvvəlki yazı

“İndiana”nın basketbolçusu hamıdan öndə

Növbəti yazı

Xorvatiya yığması DÇ-2022-də, Rusiya pley-offda