Xames Türkiyə yolunda
“Beşiktaş”ın Xames Rodriges arzusu reallaşa bilər. Kolumbiyalı futbolçu “San-Paulu” ilə müqaviləni pozmaq arzusundadır.
Türkiyədən sərfəli təklif alan 32 yaşlı yarımmüdafiəçi menecerləri Braziliya klubu ilə danışıqlara start verib. Rodrigesin “San-Paulu” ilə 2025-ci ilin yayına kimi müqaviləsi var. Buna baxmayaraq, Xames özünü Türkiyədə sınamaq üçün razılaşmanı vaxtından əvvəl pozmağı düşünür.