Xabi Alonso: “İndi bizi hər hansı böyük sürprizlər gözləmir”

Xabi Alonso: “İndi bizi hər hansı böyük sürprizlər gözləmir”

Sabah Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək. “Qarabağ” “Bayer”i qonaq edəcək.

Matçdan öncə almaniyalıların baş məşqçisi Xabi Alonsonun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Ötən mövsüm yarımfinala çıxmaq xoş idi. Amma bu il daha artığını istəyirik. Bizim bunu bacarmaq imkanımız var. Komandamız çox sayda yaxşı oyunçulara malikdir. Ən əsası isə odur ki, bütün turnirlərdə uğur qazanmaq istəyirik. Əlbəttə ki, rəqibi tanımaq həmişə yaxşıdır. İndi bizi hər hansı böyük sürprizlər gözləmir. Ancaq bu heç də asan olmayacaq. Bu, çox aydındır. Onların özlərinə inamları çoxdur. liqada böyük fərqlə liderdirlər. “Qarabağ” Portuqaliyanın “Braqa” klubuna qalib gəlib. Onlar bu iki matçda öz tipik oyun üslublarını göstərdilər və xüsusilə əks-hücumda çox təhlükəli idilər”.

ETOPAZ

Əvvəlki yazı

Raul Alonsonu əvəzləyə bilər

Növbəti yazı

Robert Andrix: “Sabah ciddi problemlə üzləşəcəyimizi gözləmirəm”