WTA mükafatları artırır
WTA səhmlərinin 20 faizini satacaq. Qurumun “CVC Capital Partners” investisiya şirkəti ilə alqı-satqısı 180 milyon dollar təşkil edəcək.
Bunadək konsaltinq şirkəti ATP və WTA-nın birləşməsi üçün 600 milyon təşkil etmişdi. Lakin ATP danışıqları yarımçıq dayandırmışdı.
WTA bu addım sayəsində mükafatların artırılması və ATP ilə eyni səviyyəyə çatmasına nail olmaq istəyir. Alqı-satqının sentyabrda rəsmiləşməsi gözlənilir.