Volkan Dəmirəl Super Liqa klubunda

Volkan Dəmirəl Super Liqa klubunda

Türkiyənin “Fatih Karagümrük” klubunun yeni baş məşqçisi müəyyənləşib. Bunu İstanbul təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Super Liqa klubunu Volkan Dəmirəl çalışdıracaq. 40 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.

Türkiyə millisinin sabiq qapıçısı ilk dəfə baş məşqçi kimi fəaliyyət göstərəcək. O, bu postda bir neçə gün əvvəl istefaya göndərilən Françesko Fariolini əvəz edib.

ETOPAZ

Əvvəlki yazı

19-cu dəfə azarkeşlərin sevimlisi

Növbəti yazı

NBA-da ən yaxşı “onluq”