“Volfsburq”da ayrılıq
“Volfsburq” baş məşqçi Niko Kovaçla yollarını ayırıb. Bu barədə klubun saytı rəsmi açıqlama yayıb.
Komanda Auqsburq”la görüşdə ardıcıl üçüncü dəfə məğlub olub. Uğursuz seriya xorvatiyalı mütəxəssisə bağlanılmayıb. Klubun idman direktoru Marsel Şefer bu barədə deyib: “Ausqburq”a məğlubiyyətdən sonra komandanın oyununu təhlil edib, Niko Kovaçla əməkdaşlığa son qoymağa qərar verdik. Vəziyyəti sabitləşdirmə üçün komandaye yeni nəfəs lazımdır”.