Vlahoviç yeni müqavilədən imtina etdi
“Yuventus” hücumçusu Duşan Vlahoviçi komandada saxlamaq istəyir. Turin klubu ona ildə 8 milyon avro maaşla yeni müqavilə təklif edib.
Lakin fovard bu təkliflə razılaşmayıb. Hazırkı sözləşməsi 2026-cı ilin yayına qədər olan serbiyalı “İnter”in hücumçusu Lautaro Martinezlə bərabər olmaq üçün ildə 10 milyon avro tələb edir.