Vlahoviç ikinci oldu

Vlahoviç ikinci oldu

Duşan Vlahoviç Çempionlar Liqasının “Vilyarreal” – “Yuventus” matçına (1:1) start heyətində çıxıb. Görüş onun turnirdə ilk oyunu olub. Hücumçu debütündəcə fərqlənib.

Serbiyalı 32-ci saniyədə hesabı açıb. Çempionlar Liqasında ən erkən qollar siyahısında “Yuventus”un forvardının topu ikinci yeri tutur. O, yalnız 2015-ci ildə “Sevilya” ilə Mönxenqladbax “Borussiya”sı (3:0) arasındakı matçda qol vuran Yevgeni Konoplyankadan geri qalır. Ukraynalıya qol vurmaq üçün 19 saniyə bəs edib.

ETOPAZ

Əvvəlki yazı

Mendi 14-ə çatdı

Növbəti yazı

“Çelsi”də ciddi itkilər