Vlahoviç ayın futbolçusu seçildi

Vlahoviç ayın futbolçusu seçildi

İtaliya A seriyasında dekabrın ən yaxşı futbolçusu müəyyənləşib. “Fiorentina”nın hücumçusu Duşan Vlahoviç bu ada layiq görülüb.

Serbiya millisinin üzvü azarkeşlər tərəfindən ən çox səs toplayaraq, rəqiblərini qabaqlayıb. 22 yaşlı forvard dekabrda keçirdiyi 4 oyunda 4 qol vurub, 1 assist edib.

Duşan bu mövsüm bütün turnirlərdə 21 oyun keçirib, 18 qol vurub, 3 məhsuldar ötürmə verib.

ETOPAZ

Əvvəlki yazı

Messi “Lion”a qarşı oynamayacaq

Növbəti yazı

“Barselona”dan ikinci transfer