Vitsel yeni müqavilə arzusunda

Vitsel yeni müqavilə arzusunda

“Atletiko”nun yarımmüdafiəçisi Aksel Vitselin durumuna aydınlıq gəlib. O, karyerasını harada davam etdirəcəyinə qərar verib.

34 yaşlı futbolçu Səudiyyə Ərəbistanı təmsilçilərinin sərfəli təkliflərinə baxmayaraq, İspaniyada qalmaq istəyir. Belçikalı “Atletiko” ilə müqaviləsini uzatmaq niyyətindədir.

Vitsel 2022-ci ilin yayında La Liqa klubuna keçib. Cari mövsümdə yarımmüdafiəçi 15 matçda iştirak edib və 1 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Verner “Vest Hem”in hədəfində

Növbəti yazı

Qavi Avropa çempionatını buraxacaq