Vitsel klubsuz qalır
Aksel Vitsel mövsümün Dortmund “Borussiya”sını tərk edəcək. Bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb.
Belçikalı yarımmüdafiəçi ilə müqavilənin uzadılmaması barədə qərar qəbul olunub. Anlaşması başa çatan 33 yaşlı futbolçu azad agent statusu alacaq.
Vitsel 2018-ci ildən “Borussiya”nın formasını geyinir. O, mövsümün sonunda klubsuz qalacaq.