Vinus da “US Open”də olmayacaq

Vinus da “US Open”də olmayacaq


Daha bir ulduz tennisçi “US Open”də iştirak etməyəcək. Serena Uilyamsın ardınca bacısı Vinus da turnirdə qüvvəsini sınamayacaq. Yarışın ikiqat qalibi zədə səbəbindən turnirdə mübarizə aparmayacaq.
Vinus bununla bağlı zarafat da edib: “Uimbldon”da demişdim ki, münasibətlər üçün yaramıram. Amma fikrimdən daşınmışam. Boş vaxtım yaranıb. Boyu 150 santimetrdən yüksək, ağıllı, amma məndən ağıllı olmayan, işə malik, çox danışmayan subayların müraciətlərini qəbul edirəm”.

ETOPAZ

Əvvəlki yazı

18 yaşlı futbolçu üçün 25 milyon avro

Növbəti yazı

Milli komandanın cəzası yüngülləşdirildi