Vinisiusdan rekord
“Real”ın hücumçusu Vinisius Junior rekord müəllifi olub. Braziliyalı İspaniya Superkubokunun finalının ilk yarısında “Barselona”nın qapısına 3 qol vurub.
O, 7, 10 və 39-cu dəqiqələrdə fərqlənib. 23 yaşlı futbolçu XXI əsrdə “El-klassiko”da ən sürətli het-trikin müəllifi olub.