Vinisius Uruqvayla matçı buraxacaq

Vinisius Uruqvayla matçı buraxacaq

Braziliya millisində ciddi itki baş verib. Vinisius Junior Amerika kubokunun 1/4 finalını buraxacaq.

Buna vingerin cəzalı duruma düşməsi səbəb olub. Qrup mərhələsinin II turunun Paraqvay (4:1) və III turunun Kolumbiya (1:1) ilə oyunlarında sarı vərəqə alan Vinisius növbəti matçı buraxacaq. O, Uruqvayla görüşdə komandasına kömək etməyəcək.

Qeyd edək ki, Uruqvay – Braziliya oyunu iyulun 6-dan 7-nə keçən gecə baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

“Kəpəz”də 3 ayrılıq

Növbəti yazı

Günün kuponu – 04.07.2024