Vinisius 4 oyunluq cəzalana bilər

Vinisius 4 oyunluq cəzalana bilər

“Real”da ciddi itki baş verə bilər. Komandanın hücumçusu Vinisius Cunior cəzalana bilər.

Buna səbəb onun La Liqanın 27-ci turunun “Valensiya” ilə oyununda (2:2) hakimliyi tənqid etməsi olub. Ulduz forvard ən azı 4 oyunluq cəzalandırıla bilər.

İspaniya Kral Futbol Federasiyasına (RFEF) şikayət ediləcəyi təqdirdə braziliyalı cəzalandırılacaq. Bundan sonra Vinisiusun diskvalifikasiyası üçün əsasların olub-olmadığını qiymətləndirəcək xüsusi ekspertiza təyin olunacaq.

ETOPAZ

Əvvəlki yazı

Tuxel üçün son şans

Növbəti yazı

“Səbail”dən əzmkar qələbə