“Vilyarreal”da yeni müqavilə
İngiltərənin “Tottenhem” klubunun sabiq futbolçusu Serj Orye karyerasını İspaniyada davam etdirəcək. Müdafiəçi “Vilyarreal”a keçib.
Bunu La Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb. Fil Dişi Sahilindən olan futbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb. Anlaşma 2024-cü ilin yayına qədər uzadıla bilər.
Xatırladaq ki, Orye ötən mövsüm Premyer Liqada 19 oyunda 2 qol vurub.